"Neftçi" PFK UEFA Çempionlar Liqasının mövsümünün hazırlığına start verib
"Neftçi" PFK UEFA Çempionlar Liqasının 2011/12 mövsümünün hazırlığına start verib. Siasport.az saytı xəbər verir ki, dünən flaqmanın futbolçularının bir qismi məşq edib, digərləri isə tibbi müayinədən keçiblər. Baş məşqçi Arif Əsədovun rəhbərliyi altında keçən hazırlıqda futbolçular isinmə hərəkətləri və yüngül qaçışla kifayətləniblər. Bu gün isə tibbi müayinədən keçənlər məşqdə iştirak edəcək, digərləri tibbi müayinədən keçəcəklər.
Qeyd edək ki, müxtəlif yığma komandaların düşərgəsində olan futbolçular hazırlığa qatılmayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB