Almanlar yenə bizə rəhm etmədilər

Almanlar yenə bizə rəhm etmədilər
2012-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan milli komandası, Tofiq Bəhramov adına respublika stadionunda Almaniya milli komandası ilə qarşılaşıb. Siasport.az saytı xəbər verir ki, millilərimiz cəmi bir neçə gün bundan əvvəl səfərdə Qazaxıstan yığmasına 1:2 hesabı ilə məğlub olublar. Onsuz da qrupumuzun lideri olan Almaniya komandasından, Orta Asiya komandasını, bele demək mümkünsə, həttda \"əkələri\" belə məğlub edə bilməyən komandamızın xal almasını düşünməyin özü xəyal olardı. Elə də oldu. Qarşılaşmanın 30-cu dəqiqəsində Məsut Özil, 41-ci dəqiqədə isə Mario Qomes ard-arda gözəl qollara imza atıblar. İkinci qoldan sonra isə respublika stadionunda \"istefa!\" şüarları ucadan səslənməyə başlayıb. İkinci hissə başlayan kimi də almanlar bizim futboldan bixəbər \"futbolçularla\" məzələnməyə başlayıblar. Almanlar sanki məşq edirmişlər kimi topla rəftar etməyə başlayıblar. Amma deyəsən həmyerliləri olan Berti Foqtsu daha çox rüsvay etməmək üçün qarşılaşmanın 89-cu dəqiqəsində gənc Murad Hüseynovun bütün ömrü boyu öyünəcəyi bir hadisəyə,-onun Almaniya millisinin qapısına qol vurmasına mane də olmayıblar. Bir şərtlə ki, oyunun sonlarına əlavə olunmuş 90+1-ci dəqiqədə Şurle qapımızdan 3-cü topu keçirib. Beləliklə Azərbaycan millisi yenə öz meydanında növbəti məğlubiyyətini yaşadı. Saq ol məğlubiyyətlər komandası, \"EŞQ OLSUN\" SƏNƏ!

Bütün xəbərlər Facebook səhifəmizdə