Aımaniyanın "Hamburq" futbol klubu. İngiltərənin "Çelsi" futbol klubunun əvəzedici heyətində çıxış edən türkiyəli futbolçu Gökhan Töre ilə 2014-cü ilə qədər müqavilə imzalayıb. Siasport.az saytı xəbər verir ki, Almaniya futbolundakı türk rüzgarının əsməsi elə şəkil alıb ki, artıq Bundesliqanı türk futbolçularsız təsəvvür belə etmək mümkün deyil. "Hamburq" isə yenni türk əsilli transferi ilə uğur qazanacağına böyük ölçüdə əmindir. Hər halda belə olmasaydı, "Hamburq"un idman direktoru Frank Arnesen G.Törenin gənc, yetənəkli və gələcəyi olan futbolçu olduğunu, alman klubunun da bundan böyük həcmdə fayda görəcəyini dilə gətirməzdi. Xatırladaq ki, G.Töre, həmçinin gənclərdən ibarət futbol üzrə Türkiyə milli komandasının da şərəfini qoruyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB