"Nitsa" "Lion"u məğlub edib

Fransa I Liqasında 9-cu tura start verilib. SİA-nın məlumatına görə, turnir cədvəlinin lideri olan "Nitsa" doğma meydanda "Lion"u qəbul edib. Meydan sahibləri rəqibini 2:0 hesabı ilə məğlub edərək liderliyini davam etdirib.

Qeyd edək ki, 9 turdan sonra "Nitsa"nın aktivində 23 xal var.

"Nitsa" - "Lion" 2:0

QOLLAR: Pol Beysse, 5, Yan Mixail Seri, 76

Bütün xəbərlər Facebook səhifəmizdə