İstanbulun "Fənərbaxça" futbol klubunun hücumçusu Semih Şentürkün klubda qalıb-qalmayacağı əsl bilməcəyə çevrilib. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Türkiyə milli komandasının da üzvü olan S.Şentürkün "Fənərbaxça" ilə razılığa gəldiyi və əlavə 3 illik müqavilə imzaladığı barədə xəbərlər də dərc olunurdu. Amma sən demə futbolçu, doğma klubu ilə müqavilə bağlamağa tələsmir. O jurnalistlərə bildirib ki, bu barədə qərar verməyə tələsmir və hazırkı klubunda qalmaq şansı da tam yarı-yarıya bərabərdir. Xatırladaq ki. Türkiyə mətbuatı, S.Şentürkün transferində "Qalatasaray"ın daha çox maraqlı olduğu, Fatih Terimin onu öz futbolçusu kimi görmək istədiyi barədə məlumatlar dərc edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB