Zədəsini sağaldan Con Terri bu gün meydana çıxacaq

Zədəsini sağaldan Con Terri bu gün meydana çıxacaq

"Çelsi"nin kapitanı Con Terri zədəsini tam sağaldıb. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə London klubunun baş məşqçisi Antonio Konte məlumat verib. O, ingilis müdafiəçinin "Lester"ə qarşı şənbə günü keçiriləcək İngiltərə Premyer Liqasının matçında oynayacağını bildirib.

Qeyd edək ki, C.Terri sentyabrın 11-i "Suonsi" ilə görüşdə zədələnmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə