Mətbuat nümayəndələri Azərbaycan-Almaniya matçına ayrıca giriş qapısından daxil olacaqlar
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün saat 22:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununu işıqlandıracaq mətbuat nümayəndələrinin stadiona rahat daxil olmasına şərait yaratmaq üçün ayrıca giriş qapısı müəyyənləşdirilib. Siasport.az saytı xəbər verir ki, mətbuat nümayəndələri Tofiq Bəhramov adına Respublika stadionunun Cənub darvazasından (tablonun sağ tərəfindəki, qonaq komandanın stadiona daxil olduğu qapı istiqamətindəki darvaza) arenaya daxil ola bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB