Emin İmaməliyev Foqts barədə sərt danışdı

Emin İmaməliyev Foqts barədə sərt danışdı
"Qazaxlara qarşı 3 dəfə oynamışdıq. O komandalarıyla sonuncu gördüyümüz komandaları arasında yerlə-göy qədər fərq var. İndi onlar daha zəifdirlər". Siasport.az saytı korner.az saytına istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın oyunçusu Emin İmaməliyev deyib.
İmaməliyev biabırçılığın səbəbini futbolçu həmkarlarında yox, Berti Foqtsda görür: "Bizim millidə problem futbolçularda yox, baş məşqçidədir. Ona hər cür şərait yaradılıb. Biz Dövlət Yol Polisinin stadionunda məşq edirdik, amma qazaxlara uduzmurduq. Hətta, heç-heçə edəndə onlar sevinirdilər. Məğlubiyyətin yeganə günahkarı Foqtsdur. O, komandanı hazırlaya, oyuna kökləyə bilmir, bizim futbolçulara yuxarıdan-aşağı baxır. Yığıb iki həftə məşq etdirməklə deyil ki. Dünənki oyunda futbolçularımız ləng idilər. Bu da ondan irəli gəlir ki, Foqts iki həftə ərzində onları əməlli-başlı "yükləyib".

Bütün xəbərlər Facebook səhifəmizdə