İngiltərə Premyer Liqasının köklü futbol klublarından sayılan "Fulhem", nəhayət ki, yeni baş məşqçisini ictimaiyyətə təqdim edib. Siasport.az saytı xəbər verir ki, ingilis futbol klubu, təcrübəli futbol mütəxəssisi Martin Jol ilə razılığa gələrək, baş məşqçi sükanını ona həvalə edib. "Fulhem" futbol klubunun rəsmi interner saytı da M.Jolun ingilis klubunun baş məqşçisi olması haqdakı məlumatı təsdiq edərək, onunla 2 illik müqavilə imzalandığını bəyan edib. Təcrübəli futbol mütəxəssisi də, "Fulhem" kimi məşhur və nüfuzlu kluba baş məşqçi təyin olunmasından şərəf duyduğunu deyərək, ona göstərilən etimadı dogruldacağına söz verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB