Deyəsən İstanbulun "Qalatasaray" futbol klubunun Didye Droqba sevdası baş tutana oxşayır. Siasport.az saytı xəbər verir ki, İngiltərənin "Çelsi" futbol klubunun rusiyalı sahibi roman Abromoviç, nəhayət ki, futbolçunun "Qalatasaray"a keçidinə razılıq verib. Bu məsələdə "Qalatasaray"ın dadına Piter Kenyon çatıb. Türkiyənin məşhur "Milliyet" qəzeti yazır ki. yaxın dostu olan Piter Kenyonla Londonda bir saata yaxın danışıqlar aparan R.Abromoviç, "Yeni gələcək olan baş məşqçimizin D.Droqbanı əsas heyətdə görmək istəyəcəyinə o qədər də inanmıram. Yəqin ki, ilk olaraq onun transferi ilə bağlı elə "Qalatasaray"la danışıqlara başlaya bilərik" deyib. Artıq "Qalatasaray"ın vitse-prezidenti Alı Dürüst də Londonda D.Droqbanın menecerləri ilə danışıqlara başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB