28 may-04 iyun 2011-ci il tarixlərdə Almaniyanın Haynshayn şəhərində Usta Ağır Atletlər arasında Avropa çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, ölkəmizi bu mötəbər yarışda aşağıda adları qeyd olunan milli yığma komandamızın usta atletləri təmsil ediblər. Avropa çempionatında 28 ölkənin 490 usta atleti iştirak edib.
Belə ki, dünya rekordçusu Akif Alıyev M-4 yaş qrupu üzrə 56 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində 77 kq, təkanla isə 95 kq çəkinin öhdəsindən gələrək Avropa çempionatının qızıl medalına layiq görülüb.
Digər atletlərimizdən Zəfər Tağıyev M-1 yaş qrupu üzrə 77 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində 110 kq, təkanla isə 140 kq, Ağakərim Kərimov isə M-1 yaş qrupu üzrə +105 kq çəki dərəcəsində, birdən qaldırma hərəkərində 140 kq, təkanla 168 kq çəkinin öhdəsindən gələrək çempionatın gümüş medalına layiq görülüblər.
Qeyd edək ki, növbəti 22-ci kişilər, 20-ci qadınlar arasında Avropa çempionatı 2012-ci ildə Lənkəran şəhərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB