Arda Turan \"Fənərbaxça\" formasına imza atdı!

Arda Turan \"Fənərbaxça\" formasına imza atdı!

Türkiyənin \"Qalatasaray\" futbol klubunun kapitanı Arda Turan elə bir jest edib ki, bütün \"Qalatasaray\"lılar onu sözün əsl mənasında \"topa tutublar\". Siasport.az saytı xəbər verir ki, futbol üzrə Türkiyə milli komandasının forvardı, doğulduğu Edirne şəhərinə gələrək qohumlarına baş çəkmək istəyib. Amma burada həm \"Qalatasaray\", həm də \"Fənərbaxça\" azarkeşlərinin böyük coşğusu ilə qarşılanıb. Sevgilis Sinem Kobala ilə şəhəri gəzən A.Turan, balaca futbolsevərlərin xahişlərini yerə salmayaraq, \"Qalatasaray\"lılarla yanaşı, \"Fənərbaxça\"lı azarkeş uşaqlara da imzalı forma hədiyyə edib. O, \"fənərbaxça\" forması üzərində imza yazarkən, bir qrup \"Qalatasaray\" azarkeşi onu boykot etməyə və bu addımdam geri çəkilməyə səsləyiblər. İşə qarışan polis milli futbolçunun və sevgilisinin təhlükəsizliyi üçüb lazımı addımlar atıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə