Məqsəd İsayev bir ay meydandan kənarda qalacaq

Məqsəd İsayev bir ay meydandan kənarda qalacaq

"Neftçi" "Zirə" ilə oyuna ciddi itki ilə çıxacaq. SİA-nın məlumatına görə, "ağ-qaralar"ın müdafiəçisi Məqsəd İsayev sıradan çıxıb. Gənc cinah müdafiəçisinin ayaq əzələləri zədələnib. O, qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcək. Həkimlər futbolçunun təxminən bir ay yaşıl meydanlardan kənarda qalacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə