"Neftçi" PFK-nın futbolçuları bu gün bir araya gələcək

"Neftçi" PFK-nın futbolçuları bu gün bir araya gələcək
"Neftçi" PFK-nın futbolçuları istirahəti başa vurmaq üzrədir. Siasport.az saytı xəbər verir ki, flaqmanın milli komandaların düşərgəsində olan futbolçulardan başqa üzvləri bu gün klubun bazasında bir araya gələrək, iyunun 9-dək tibbi müayinədən keçəcəklər. İyunun 10-da "Neftçi" UEFA Çempionlar Liqasının 2011/12 mövsümünə hazırlıq məqsədilə Türkiyəyə yollanacaq. Qardaş ölkədəki təlim-məşq toplanışı ayın 22-dək davam edəcək. Hazırlığın ikinci mərhələsi isə iyunun 26-dan iyulun 5-dək Avstriyada olacaq. Təlim-məşq toplanışları zamanı komanda bir neçə yoxlama oyunu keçirməyi plaşlanşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə