Almaniya futbolunun tanınmış isimlərindən olan Miroslav Klose, nəhayət ki, "Bayern Münhen" futbol klubundan ayrılıb. Siasport.az saytı xəbər verir ki, bu barədə "Bavariya"nın rəsmi internet saytı da məlumat yayıb. Məlumatda deyilir ki, 2007-ci ildən "pivəçilər"in şərəfini qoruyan M.Klose, bu müddətdə "Bavariya"nın heyətində 98 qarşılaşmada 24 qola imza atıb. O, həm də futbol üzrə Almaniya milli komandasının üzvüdür. Artıq almaniyalı futbolçunun hansı kluba transfer olunacağı da ciddi müzakirə mövzusudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB