Balaxanı qəsəbəsindən sonra bu gün Binə qəsəbəsinin də sakinlərinin istifadəsi üçün yeni idman zalının açılışı oldu. Siasport.az saytı xəbər verir ki, tikintisinə 2007-ci ildən başlanılan və inşası üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 0,36 hektar torpaq sahəsi ayrılan Binə İdman zalı, "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı"na əsasən inşa edilib.
Baş plana əsasən inşa edilmiş Binə İdman Zalı haqqında ümumi məlumat:
1. Tikili altı
sahə 540 m2
2. Ümumi tikinti
sahəsi 707 m2
3. Yaşıllıqların sahəsi
940 m2
4. Ərazinin asfalt
sahəsi 1 800 m2
2 mərtəbəli İdman zalı binası - ümumi ölçüsü 24,60 m x 18,60 m
I mərtəbədə - 18x15 ölçüdə güləş zalı, 2 ədəd soyunub geyinmə
otağı, 2 ədəd duş kabinəsi, vestibül, texniki otaq, 2 ədəd sanitar qovşaq var.
II mərtəbədə - Dəhliz, məşqçi otağı, müdiriyyət otağı, işçi
otağı və həkim otağı, 2 ədəd sanitar qovşağı var.
Baş plana əsasən inşa edilən digər tikililər:
1,8 metr hündürlükdə daş hasar 250p/metr
1.ədəd 100 m3 içməli su anbarı
1.ədəd 100 m3 yanğın su anbarı
100 kVa güçündə Komplekt transformator
yarımstansiyası
Nasosxana binası
Qazanxana binası
Kanalizasiya təchizatı xətti 1000 metr
Artezian quyusu
Elektrik təchizatı xətti 72 metr
Qaz təchizatı xətti 980 metr
Asfalt yol örtüyü 720 m2
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB