Stolüstü tennis üzrə Respublika birinciliyinin zona yarışı keçirilib

Stolüstü tennis üzrə Respublika birinciliyinin zona yarışı keçirilib
Gədəbəy rayonu Uşaq Gənclər İdman Məktəbində stolüstü tennis üzrə 1998-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında Respublika birinciliyinin zona yarışı keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda 14 komanda iştirak edib.Eyni zamanda Bakı şəhər yığma komandası da Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən yarışa ezam olunub.
Birincilikdə oğlanlar arasında Bakı şəhər yığma komandası I yerə, qızlar arasında isə II yerə layiq görülüb. I, II və III yeri tutmuş komandalar müvafiq dərəcəli diplomlarla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə