Sərbəst güləşçilərimiz Gürcüstanda Qızıl Qran Pri turnirində iştirak edəcək
10-12 iyun 2011-ci il tarixdə Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə V.Balavadze və G.Kartozia adına Qızıl Qran-Pri turniri keçiriləcək. Siasport.az saytı xəbər verir ki, turnirdə sərbəst güləş yığmamızın bəzi üzvləri iştirak edəcək.
Sərbəst güləş üzrə yığma komandanın böyük məşqçi Firdovsi Umudov və gənclərdən ibarət yığmanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında turnirə Azər Paşayev, Fərrux Ələkbərov (hər ikisi 55 kq), Mahmud Məhəmmədov, Ümüd Məmmədov (hər ikisi 60 kq), Zəlimxan Hüseynov (66 kq), Xəqan Süleymanov (74 kq) və Novruz Temrezov (84 kq) yollanır.
Görüşlərin idarə
edilməsində beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov da iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB