Futbolçu qızlarımız Estoniya millisinə qalib gəldi

Futbolçu qızlarımız Estoniya millisinə qalib gəldi

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması son oyununu keçirib. AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, Estoniya komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb. Yeganə qolu Aytac Nemətova vurub. Qeyd edək ki, millimiz ilk oyunda Polşaya 0:4, növbəti görüşdə isə Macarıstana 0:3 hesabı ilə uduzub. Bu nəticələrə əsasən komandamız turnirlə vidalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə