\"Qalatasaray\" Ronaldinyonun qardaşı ilə razılığa gəldi!

\"Qalatasaray\" Ronaldinyonun qardaşı ilə razılığa gəldi!

Türkiyənin \"Qalatasaray\" futbol klubu daha bir dünyaca məşhur futbolçunu transfer siyahısına əlavə edib. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun prezidenti olan 70 yaşlı iş adamı Ünal Aysal artıq baş məşqçi Fatih Terimlə də görüşərək braziliyalı futbol ulduzu Ronaldinyonu da transfer etmək istədiyini, bunun üçün lazımı işlərin başlandığını diqqətinə çatdırıb. Türkiyənin \"Fotomaç.com\" idman saytı yazır ki, artıq klub rəhbərliyinin transer işləri ilə məşğul olan müvafiq şəxsləri braziliyalının menecerləri ilə danışıqlara başlayıblar. Ulduz futbolçunun meneceri olan qardaşı Roberto Asisslə təmas yaradan \"Qalatasaray\" rəsmiləri, ilkin razılıq da əldə ediblər. Həttda R.Assis, qardaşının iddialı bir Avropa futbol klubuna transfer olmaq istədiyini də dilə gətirib.Yəni sözün əsl mənasında Ronaldinyo yenidən Avropa futboluna geri qayıtmaq istəyir. Amma hara?,-bax bunun cavabı ya \"Qalatasaray\" olacaq, ya da başqa bir Avropa klubu..

Bütün xəbərlər Facebook səhifəmizdə