Ryan Gigs qardaşına xəyanət edib?

Ryan Gigs qardaşına xəyanət edib?
İngilitərənin "Mançester Yunayted" futbol klubunun təcrübəli futbolçusu Ryan Gigs, bu dəfə oynadığı futbolla deyil, seks qalmaqalı ilə gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, ingilis mətbuatı, "qırmızı şeytanlar"ın təcrübəli 39 yaşlı futbolçusunu, qardaşının avadı ilə cinsi əlaqədə ittiham edir. Sən demə R.Gigs, qardaşı Rodrinin arvadı olan Nataşa ilə dəfələrlə otellərdə bərabər gecələr keçiribmiş. İngiltərənin "News Of The World" qəzeti yazır ki, qocaman futbolçunun bu hərəkəti qardaşı tərəfindən də hiddətlə qarşılanıb. Hazırda İngiltərə mətbuatında "Mançester Yunayted" futbol klubunun futbolçusu barədə qəzəbli yazılar yazmaqda davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə