Azərbaycan Premyer Liqasının ən intizamlı və ən intizamsızları

Azərbaycan Premyer Liqasının ən intizamlı və ən intizamsızları
Azəbaycan Premyer Liqasında ötən mövsümün yekunlarına əsasən ən intizamlı komanda Ağdamın \"Qarabağ\" klubudur. Siasport.az saytı xəbər verir ki, 32 tur ərzində 32 dəfə sarı vərəqə ilə cəzalandırılan \"Qarabağ\" futbolçuları mövsümü qırmızı vərəqəsiz başa vurublar.

2010/2011-ci il mövsümünün ən intizamsız komandası isə \"Bakı\" klubudur. Paytaxt komandası cari mövsümdə keçirdiyi Premyer Liqa oyunlarında 67 sarı vərəqə alıb və 7 dəfə qırmızı vərəqə ilə cəzalanıb.

Ötən mövsüm üçün Premyer Liqanın ən intizamsız futbolçuları də məlumdur. Belə ki, \"Gəncə\" klubunun gürcüstanlı legioneri Zura Dzamsaşvili mövsüm ərzində 12 dəfə sarə vərəqə ilə cəzalandırılıb. Onun komanda yoldaşı Ramal Hüseynov və \"Bakı\"nın müdafiəçisi Əziz Quliyev ötən mövsümdə hərəyə iki dəfə qırmızı vərəqə alıblar.

Sıra

№

Klub

Sarı
vərəqə

Qırmızı
vərəqə

1

Qarabağ

32

2

Turan

43

1

3

Simurq

48

2

4

İnter

56

5

Neftçi

57

1

6

AZAL

54

2

7

Xəzər Lənkəran

59

2

8

Gəncə

60

6

9

MOİK

60

6

10

Muğan

72

3

11

Qəbələ

69

5

12

Bakı

67

7

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com