Boks üzrə Azərbaycan milli komandasının ikinci heyəti İtaliyanın kurort şəhəri Stintinoda ilk görüşünü keçirib. Siasport.az saytı xəbər verir ki, yığmamız ilk oyunda Rusiyanı təmsil edən Sankt-Peterburq şəhərinin dəri əlcək ustaları ilə qarşılaşıb.
Beynəlxalq Həvəskar Boks Assosiyasiyasının (AİBA) icraçı direktoru Xo Kim və İtaliya Boks Federasıyasının prezidenti Franko Falçinellinin də izlədikləri döyüş 8 çəki dərəcəsi üzrə keçirilib.
Komandamız inamla yarışaraq Rusiya boksçuları üzərində 6:2 hesablı qələbə qazanıb.
Yarışın ilk günündə İtaliya komandası Rusiyanı 8:1 hesabı üstələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB