"Bakı" klubunun hazırlıq planları məlum oldu. Siasport.az saytı xəbər verir ki, iyun ayının 23-də Bakıda toplanacaq komanda bir gün sonra tibbi müayinədən keçəcək.
İyun ayının 28-ə kimi Bakıda məşqlər edən komanda 28 iyun - 10 iyul aralığında Sloveniyada Kranjska Qora şəhərində təlim-məşq toplanışı keçirəcək.
"Spik " otelində məskunlaşacaq \"Bakı\" təlim-məşq toplanışı zamanı 3 yoldaşlıq oyunu keçirməyi planlaşdırılıb.
10 iyul tarixində Bakıya qayıdacaq komanda qarşıdan gələn mövsümün hazırlıqlarını 11-16 iyul tarixlərində Bakıda davam etdirəcək. "Bakı" 17 iyuldan etibarən yenidən Sloveniyaya yollanacaq və Roqaska Slatina şəhərinin "Grand Hotel Sava" otelində məskunlaşacaq.
29 iyula kimi davam edəcək təlim-məşq zamanı 4 yoldaşlıq oyunu keçirmək planlaşdırılıb. Növbəti mövsümün hazırlıqları Bakıda yekunlaşdırılacaq \"Bakı\" 29 iyuldan etibarən məşqlərini Bakıda davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB