Berti Foqtsa jurnalistlərdən gözlənilməz hədiyyə

Berti Foqtsa jurnalistlərdən gözlənilməz hədiyyə

Berti Foqtsun yarıtmaz fəaliyyəti azarkeşlər və futbol ictimaiyyəti kimi medianı da bezdirib. Bu günə qədər alman məşqçinin milli komandadan qovulmasını jurnalistlər müxtəlif üsullarla tələb edib. Hətta onlar Lixtenşteynlə oyundan sonra mətbuat konfransını tərk etməklə öz etirazlarını da bildirmişdi.

AVRO-2012-nin seçmə mərhələsinin A qrupunun autsayderi Qazaxıstana məğlubiyyət jurnalistlərin səbr kasasını daşırdı. Bir qrup media nümayəndəsi aksiya keçirdi.

Əli Sahib (Fanat.az), Elçin Cəlilov (Futbolpress.az), Kənan Məstəliyev (Rekord.az), Rəşad Ergün (\"KomandA\" qəzeti), İlkin Vidadioğlu (Fanat.az), Vüsal Gözəlov (Stadium.az) və Pərvin Kazımoğlunun (Fanat.az) ortaq ideyası belə oldu ki, mətbuat konfransında məşqçiyə etirazılarını sivil formatda bildirsinlər.

Əslində plan mətbuat konfransının gedişində flaşmob keçirmək idi. Belə ki, konfrans zamanı Foqtsa aftafa və tualet kağızı təqdim etmək planlaşdırılmışdı. Aftafa alman çalışdırıcının \"2014-cü ildə Dünya çempionatında iştirak edəcəyik\" açıqlamasına işarə idi - \"Kuboku\" 3 il əvvəldən ona hədiyyə etmək istəyirdilər. Tualet kağızı isə Foqtsun yığma komandada üç illik fəaliyyətinin \"dəyərini\" ifadə edirdi.

Əvvəlcədən duyuq düşən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu və oranın əməkdaşı Elton Quliyev aksiyanın qarşısını almaq üçün adıçəkilən jurnalistlərə təzyiq göstərib, konfrans zalından xaric etdilər. Daha sonra isə olay yerinə polis çağırıldı. Jurnalistlər aftafa və tualet kağızı olan çantanı çöldə saxlayıb, konfransda iştirak etməyə razılıq verdilər.

Adəti üzrə, Foqts sualları ironiya və biganəliklə cavablandırdı. Konfrans başa çatandan sonra isə aksiya iştirakçıları nəzərdə tutulan aksiyanı nəhayət, gerçəkləşdirdilər.

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"


Bütün xəbərlər Facebook səhifəmizdə