İstanbulun \"Qalatasaray\" futbol klubunun baş məşqçisi Fatih Terim, komandasına futbolçu axtarmaq üçün axtarışlara başlayıb.Siasport.az saytı xəbər verir ki, \"imperator\", dünən oynanılan Bosniya Hersoqovina-Rumunıya qarşılaşmasını canlı olaraq tribunadan izləyib. Səbəb isə, İstanbul klubunun təcrübəli baş məşqçisinin Rumunıya milli komandasında forma geyinən \"Dinamo Buxarest\"in gənc futbolçusu Torjeyi izləmək istəyi olub. Bacarıqlı futbolçu olaraq Rumunıyada tanınmağa başlayan Torje, dünənki qarşılaşmada da bacarıqlı olduğunu və ən əsası yaxşı futbol texnikasına sahib olduğunu nümayiş etdirib. Belə demək mümkünsə, gənc rumun futbolçu, F.Terimin \"gözünə girə bilib\". Amma bu gənc rurmunıyalı futbolçunu transfer etmək İstanbul klubu üçün heç də asan başa gəlməyəcək. Çünki futbolçunun transferində Borrusiya \"Dortmund\"u, \"Bayern Münhen\" və \"Latsio\" da maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB