Quus Hiddinq Türkiyə millsini "Çelsi"yə dəyişir!

Quus Hiddinq Türkiyə millsini "Çelsi"yə dəyişir!

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Quus Hiddinq, deyəsən yaxın dostu Roman Abramoviçin həm xətrindən, həm də ona təklif etdiyi pullardan vaz keçə bilmir. Siasport.az saytı xəbər verir ki, hollandiyalı futbol mütəxəssisi, dünən "Avro 2012" çərçivəsində səfərdə Belçika ilə keçirilən qarşılaşmadan sonra mətbuat konfranı keçirib. Amma Q.Hiddinq, bu mətbuat konfransında, keçirilən qarşılaşmadan daha çox, öz gələcək taleyi ilə bağlı ciddi mesajlar verməklə yadda qalıb. Artıq bu gün Türkiyə mətbuatı, onun çox yaxın günlərdə Türkiyə milli komandasının baş məşqçisi postunan gedəcəyini yazmağa başlayıb. Bunu deməyə, türkiyəli həmkarlarımızın əsasları da kifayət qədərdir. Çünki dünən keçirilən mətbuat konfransında bir sıra məsələlər barədə danışan Q.Hiddinq, "Gələcəyimlə bağlı indidən heç nə deyə bilmərəm. Bilmək olmaz mən Türkiyə millisini bundan sonra çalışdıracam, ya yox. Gedib-getməyəcəyimi birlikdə yaxın zamanlarda görəcəyik"-deyərək artıq ayrılıq siqnalı verməyə başlayıb. Belə görünür ki, 5-6 aydır ki, ingilis mətbuatının, R.Abramoviçin Q.Hiddinqi "Çelsi"nin sükanı arxaslna gətirəcəyi ilə bağlı israrlı yazıları əbəs yerə deyilmiş.

Bütün xəbərlər Facebook səhifəmizdə