"Razıyam ki, seçmə mərhələnin sürpriz komandasıyıq. Heç kim bizdən bu nəticələri gözləmirdi. Ancaq biz hər komanda ilə başabaş mübarizə aparacağımıza inanırıq. Bir çox oyunçudan istifadə edirik. Özümüzə inanırıq". SİA-nın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsindəki uğurlu çıxışları barədə goal.com-a açıqlamasında deyib.
O, ölkəmizdə insanların milliyə inandığını vurğulayıb: "Norveçlə oyunda qələbə, Çexiya ilə görüşdə heç-heçə önəmli nəticələrdir. Azərbaycanda artıq futbol coşqusu var. İnsanlar bizə inanır".
Qeyd edək ki, millimiz DÇ-2018-in seçmə mərhələsində 3 oyundan sonra 7 xal qazanıb və qrupda 2-ci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB