Beynəlxalq Şahmat Federasiyası (FİDE) Xantı-Mansıda keçiriləcək (27 avqust – 20 sentyabr) dünya kuboku yarışlarında iştirak etmək hüququ olan şahmatçıların siyahısını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, həmin idmançıların siyahısında Azərbaycan şahmatçıları da var.
Qrossmeysterlər Vüqar Həşimov (2760), Şəhriyar Məmmədyarov (2772) və Teymur Rəcəbov (2744) reytinq üzrə ən yaxşı şahmatçılar kimi FİDE-nin dəvətini alıblar. Rauf Məmmədov (2679) və Namiq Quliyev (2522) isə 2011-2012-ci illərdə Avropa çempionatlarının nəticələrinə görə seçiliblər.
Qeyd edək ki, FİDE-nin reytinqində Şəhriyar Məmmədyarov 9-cu, Vüqar Həşimov 10-cu, Teymur Rəcəbov 13-cü, Rauf Məmmədov 62-ci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB