“Araz” ikinci qələbəsini qazanıb

“Araz” ikinci qələbəsini qazanıb

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində təmsilçimiz "Araz" ikinci oyununu keçirib. SİA-nın məlumatına görə, Makedoniyanın Skopye şəhərindəki Boris Trajkovski adına İdman Mərkəzində Kosovanın "Feniks" komandası ilə qarşılaşan təmsilçimiz 1:0 hesabı ilə qələbə qazanıb. Yeganə qolu oyunun 11-ci dəqiqəsində Xətai Bağırov vurub.

"Araz" qrupda son oyununu oktyabrın 14-də, Bakı vaxtı ilə saat 17:30-da Makedoniyanın "Zelezarec" komandasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə