Lionel Messi ağır zədədən sonra məşqlərə başlayıb

Lionel Messi ağır zədədən sonra məşqlərə başlayıb

"Barselona"nın futbolçusu Lionel Messi komanda ilə ümumi məşqlərə başlayıb. Katalon klubunun rəsmi saytının yaydığı xəbərə görə, argentinalı hücumçu komandasının bugünkü məşqində iştirak edib. Buna baxmayaraq, o, "Deportivo"ya qarşı oktyabrın 15-i La Liqada keçiriləcək oyuna kimi hazır olmayacaq. Onun Çempionlar Liqasnın qrup mərhələsinin üçüncü turunda "Mançester Siti" ilə görüşdə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, L.Messi La Liqanın 5-ci turunda "Atletiko" ilə (Madrid) matçda (1:1) zədələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə