Şahin Diniyev Qazaxıstan matçı barədə danışdı

Şahin Diniyev Qazaxıstan matçı barədə danışdı
Komandamız Qazaxıstana qarşı çox zəif oynadı. Futbolçuların gözündə qığılcım görmədim. Meydanda rəqibə hərtərəfli uduzduğumuz açıq-aydın göründü. Təsadüfi qollar buraxmadıq". Siasport.az saytı xəbər verir ki, bu sözləri milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev deyib.
4 il əvvəl millinin baş məşqçisi kimi Qazaxıstanla qarşılaşan Diniyev həmin vaxtkı rəqibin daha güclü olduğunu bildirib: "Dörd il əvvəl Qazaxıstan daha güclü idi. Amma biz hər iki matçda rəqibdən güclü oyun nümayiş etdirmişdik".
Foqtsun istefaya göndərilməsi ilə bağlı suala Şahin bəyin cavabı belə olub: "Bu suala AFFA rəhbərliyi cavab verməlidi. İndi bu haqda danışmaq düzgün deyil. Almaniya ilə oyun ərəfəsində bir olmalıyıq. Millinın dəstəyə ehtiyacı var".//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə