Cüdoçularımız dünya kuboku yarışlarında iştirak edəcəklər

Cüdoçularımız dünya kuboku yarışlarında iştirak edəcəklər
Azərbaycanın cüdo üzrə yığması iyunun 11-12-də Tallində keçiriləcək dünya kuboku yarışlarında iştirak edəcək. Siasport.az saytı xəbər verir ki, yarışlar lisenziya xarakteri daşıyır və qələbə 100 xalla qiymətləndirilir. Yığmanın heyətinə 10 idmançı daxil edilib. Onların sırasında ən güclü idmançılarla yanaşı, yaxın ehtiyatdan atletlər də var.
Estoniyada Nicat Şıxəlizadə, İlqar Müşkiyev, Asim Xələfov (hamısı 60 kq), Tərlan Kərimov, Rüstəm Orucov (hər ikisi 66 kq), Ramil Qasımov, Eldar Qasımov (hər ikisi 73 kq), Ramin Qurbanov (90 kq), Sain Məmmədov (100 kq) və Emil Tahirov (100 kq-dan yuxarı) mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə