Miroslav Beranek: \"Deyə bilmərəm ki, hakim səhvi nəticəyə təsir göstərdi\"

Miroslav Beranek: \"Deyə bilmərəm ki, hakim səhvi nəticəyə təsir göstərdi\"

Astanada Qazaxıstana məğlub olduğumuz matçdan sonra rəqib komandanın baş məşqçisi Miroslav Beranek fikirlərini bildirib. Siasport.az saytı baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: \"Azərbaycan yığması FİFA-nın reytinqində komandamızdan yuxarıdadır. Buna baxmayaraq, ilk xalımızı qazanmaq istəyirdik. Buna layiqli oyunla nail olduğumuza görə çox sevinirəm. Deyə bilmərəm ki, hakim səhvi nəticəyə təsir göstərdi və bu gün qələbəni onun hesabına qazandıq. Bu, mübarizə idi və son qərarı hakim verir. Mən arzu edərdim ki, Qazaxıstandakı hakimlər də belə idarəçilik etsin, sərt mübarizəyə üstünlük versin.

Azərbaycan yığmasında kimisə fərqləndirmək istəməzdim. Futbol komanda oyunudur. Meydanda 11 futbolçu oynayır və hamı komandasının uğuru üçün çalışır".

Bütün xəbərlər Facebook səhifəmizdə