Futbol üzrə Azərbaycan milli komandası Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Astana şəhərindəki "Astana Arena"da Qazaxıstan yığması ilə qarşılaşıb. Siasport.az saytı xəbər verir ki, oyunu şotlandiyalı hakimlər briqadası idarə edib. Matçın baş hakimi Euan Norris, onun köməkçiləri isə Ceyms Bee, Alasdair Ross olub.
Bu oyna qədər seçmə mərhələdə bir qol belə vura bilməyən qazaxlar millimizin qapısından 2 top keçiriblər. Azərbaycan komandası isə cəmi bir dəfə fərqlənə bilib. Qazaxıstan yığması 2:1 hesabı ilə qalib gəlib.
QAZAXISTAN:
12. Roman Nesterenko,3.Yuri Loqvinenko,4. Muxtar Muxtarov, 8. Samat Smakov,10. Marat Xayrullin,7. Kazbek Qeteriyev, 6. Kayrat Nurdauletov (k), 11. Ulan Konısbayev, 9. Heynrix Şmitqal, 17. Sergey Qridin, 20. Sergey Ostapenko.
Ehtiyat oyunçular:1. Andrey Sidelnikov, 2. Aleksandr Kirov, 13. Serxan Mujikov, 15. Jambıl Kukeyev, 16. Maksat Bayjanov, 19. Sergey Xijniçenko, 21. Mixail Rojkov.
Baş məşqçi: Miroslav Beranek.
AZƏRBAYCAN:
1. Kamran Ağayev, 2. Rail Məlikov, 14. Rəşad Sadıqov (k), 21. Vladimir Levin, 16. Cavid Hüseynov,15. Ruslan Abışov, 18. Maksim Medvedev, 6. Rəşad Sadiqov, 22. Əfran İsmayılov, 7. Vaqif Cavadov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular:12. Fərhad Vəliyev, 4. Ruslan Əmircanov, 8. Aleksandr Çertoqanov, 9. Murad Hüseynov, 13. Vurğun Hüseynov, 17. Vüqar Nadirov, 19. Rahid Əmirquliyev.
Baş məşqçi: Berti Foqts.
AÇ-2012-nin seçmə oyunu
A qrupu
3 iyun
QAZAXISTAN – AZƏRBAYCAN 2:1
Qollar: Sergey Qridin, 57, 68; Vüqar Nadirov, 63
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB