Andreys Rubins yığmadan kənarlaşdırıldı

Andreys Rubins yığmadan kənarlaşdırıldı
\"Qarabağ\"ın yarımmüdafiəçisi Andreys Rubins Latviya yığmasından kənarlaşdırılıb. Siasport.az saytı xəbər verir ki, eyni zamanda \"Bakı\"ya rəhbərlik edən Aleksandr Starkov onun xidmətindən İsraillə oyunda istifadə edə bilməyəcək.
Buna səbəb futbolçunun məşqdə zədələnməsi olub. Rubinslə yanaşı, Starkov zədəli Maris Verpakovskinin də xidmətindən yararlana bilməyəcək.
Bununla bağlı açıqlama verən \"Bakı\"nın baş məşqçisi adıçəkilən futbolçulara çox güvəndiyini bildirib: \"Heyətimizdə gənc futbolçular olsa da, mən Rubinslə Verpakovskiyə çox güvənirdim. Amma onların yoxluğunda da biz gənc futbolçuların yaranan şansdan maksimum yararlanmasına ümid bəsləməliyik\".
Qeyd edək ki, Starkov AZAL-ın oyunçusu Ritus Krjauklisi yığmaya çağırsa da, \"İnter\"in hücumçusu Girts Karlsonsun xidmətinə ehtiyac duymayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə