Adil Əliyev: “Çexiya yığmasından bir xal qazanmaq qələbəyə bərabərdir"

Adil Əliyev: “Çexiya yığmasından bir xal qazanmaq qələbəyə bərabərdir"

Xəbər verdiyimiz kimi, futbol üzrə DÇ-2018 çərçivəsində Azərbaycan milli yığma komandasının səfərdə Çexiya ilə oyunu 0:0 hesabı ilə yekunlaşıb. SİA-nın məlumatına görə, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev millimizin oyununa münasibət bildirib: "Çexiya yığma komandası ilə oyundan bir xal qazanmaq qələbəyə bərabərdir. Yığma komandamızın növbəti uğuru münasibəti ilə AFFA rəhbərliyinə təşəkkür edirəm, bütün Azərbaycan xalqını təbrik edir və növbəti qələbələr arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə