Leonel Messini restoranda yumruqladılar!

Leonel Messini restoranda yumruqladılar!
Leonel Messini Argentinada, elə öz doğma şəhərindəcə yumruqlayıblar. Siasport.az saytı xəbər verir ki, İspaniyanın \"Barselona\" futbol klubunun \"vuran əli\" hesab olunan argentinalı futbol ulduzu, İspaniya çempionluğunu və UEFA Çempionlar Liqasını qazandıqdan sonra doğma vətəninə gedib ki, bir az dincəlsin, yorğunluğunu çıxarsın. Amma bizlərdə deyildiyi kimi, \"sən saydığını say, gör fələk nə sayır.\"

Argentinanın Rosario şəhərində dostları ilə bir restoranda yemək yeyən zaman bir futbol azarkeşi qəfildən onların oturduğu masaya yaxınlaşaraq anidən \"Barselona\"nın ulduz futbolçusunun sifətinə yumruq zərbəsi endirib. Polisin müdaxiləsindən sonra ara sakitləşsə də, bu zaman restoranda olan Messi fanatları onunla şəkil çəkdirməyə də vaxt tapıblar. futbolçunun özü isə, ciddi bir xəsarət almadığını və bundan qüssələnmədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə