“Astanada qələbə qazanmasaq, yığma və Foqts bütün tənqidləri qəbul etməlidir”
Azərbaycan yığmasının və "Qarabağ"ın sabiq və veteran futbolçusu Aslan Kərimov komandamızın bu günkü Qazaxıstanla seçmə mərhələ oyunu öncəsi şanslarımızı dəyərləndirib. Siasport.az saytı futbolçunun fikirlərini nəzərinizə çatdırır: "Əgər biz Qazaxıstana da qalib gələ bilməsək, onda bilmirəm necə olacaq. Astanadakı oyun çətin keçəcək. Qazax azarkeşlər böyük ehtimalla komandalarına lazımı dəstəyi verəcəklər ki, qələbəyə sevinsinlər. Həm də oyun süni örtüklü meydançada keçiriləcək. Bu da bizim futbolçular üçün problem hesab oluna bilər. Amma bütün bunlara baxmayaraq, Azərbaycan səfərdən qələbəylə dönməyə borcludur. Əgər buna nail olmasalar, jurnalistlərin də, azarkeşlərin də həm yığmanı, həm də baş məşqçi Berti Foqtsu tənqid etməyə tam haqqı olacaq. Çünki hələ seçmə tsiklin əvvəlindən bütün ümidlərimiz ancaq Qazaxıstanla oyunlaradır".//azerisport.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB