Arda Turan ən çox cəzalananlar sırasındadır

Arda Turan ən çox cəzalananlar sırasındadır

"Barselona" klubunda məşqə və oyuna geçikən futbolçular ciddi pul cəzası ödəyirlər. SİA-nın xarici media orqanlarına istinadən verdiyi məlumata görə, yığılan pullar xeyriyyə məqsədilə istifadə olunur.

Cəza ödəməmək üçün futbolçular məşqdən 1 saat öncə bazada, oyundan isə 1 saat 30 dəqiqə öncə stadionda olmalıdırlar.

Cari mövsüm ən çox cəza kəsilən futbolçu Pike olub. Onu braziliyalı Neymar və Adriano izləyir. Arda Turan isə bu sıralamada 5-ci yerdədir.

Andres İniyesta, Lionel Messi, Serxio Busquets və Xavier Maskerano isə nümunəvi davranış sərgiləyiblər. Adıçəkiıən futbolçulara heç bir cəza tətbiq olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə