"Atletiko Madrid" Arda Turandan niyə imtina etdi?

"Atletiko Madrid" Arda Turandan niyə imtina etdi?
İspaniyanın "Atletiko Madrid" futbol klubu neçə müddətdir ki, transfer etmək istədiyi İstanbulun "Qalatasaray" futbol klubunun kapitanı Arda Turanı, belə demək mümkünsə,  daha heyətində görmək istəmir. Siasport.az saytı xəbər verir ki, bu il İspaniya La Liqasında gözlənilən nəticəni əldə edə bilməyən, eyni zamanda  UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyən ispan klubu, transfer planlarında da ciddi dəyişikliklər edib. Belə ki, klub rəhbərliyi indi əvvəlcədən nəzərdə tutulduğu kimi bir sıra tanınmış futbolçularla heyətini gücləndirmək və bunun üçün də böyük miqdarda pullar sərf edərək transferlər həyata keçirməyə lüzum görmür. İspaniyanın "Marça" qəzeti iddia edir ki, əvvəlcədən transfer olunmaları nəzərdə tutulan bir sıra futbolçular, o cümlədən "Qalatasaray" klubunun hazırkı kapitanı Arda Turan da transfer siyahısından çıxarılıb. İspan qəzeti iddia edir ki, həmçinin buna əsas səbəb, İstanbul klubuna baş məşqçi gələn Fatih Terimin də A.Turanın transfer olunmasına qarşı çıxmasıdır. İspanlar düşünürlər ki, artıq F.Terim A.Turanın transfer olunmasına "veto qoyub". 

Bütün xəbərlər Facebook səhifəmizdə