İstanbulun "Beşiktaş" futbol klubu elə bir transfer bombası partlatmağa hazırlaşır ki, artıq bütün Türkiyə futbol ictimaiyyəti şok içindədir. Məsələ burasındadır ki, "qara qartalllar"ın keçmiş baş məşqçisi Mustafa Dənizli, özünün "Tvitter" səhifəsində, İstanbul klubunun Avropa futbolunda böyük səs-küy yaradacaq transferə hazırlaşdığını bildirib. Türkiyənin ən tanınmış və qocaman futbol mütəxəssislərindən olan M.Dənizli bildirib ki, İstanbul klubu indi də Samuel Etonu transfer etməyə hazırlaşır. "Beşiltaş"ın keçmiş baş məşqçisi iddia edib ki, artıq klubun prezidenti Yıldırım Dəmirörən transferi bitirmək üzrədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB