Türkiyənin "Beşiktaş" klubu Superliqanın 7-ci turunda qarşılaşacağı "Kayserispor"la oyunun hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, komandanın axşam məşqində gərginlik yaşanıb. Belə ki, milli futbolçular Caner Erkin və Cenk Tosun arasında mübahisə yaranıb. Dava edən iki futbolçunu komanda yoldaşları sakitləşdirib.
Məşqdən sonra hər iki futbolçu sosial şəbəkədə aralarında heç bir problem olmadığını yazıblar. Caner Erkin "Böyüdüləsi bir şey yoxdur. Cenk mənim qardaşımdır. Məşqdə belə şeylər olur", deyə qeyd edib.
Cenk Tosun isə Caner Erkinlə birlikdə çəkilmiş qol sevinci şəklini paylaşaraq aralarında problem olmadığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB