2007-ci ildə "MKT-Araz"ın dağılmasından sonra vətəni Ukraynaya qayıdan İqor Nakoneçnı ölkə mətbuatına açıqlamasında Azərbaycanda işlədiyi dövrdə yaşadığı olaylar haqda danışıb. Nakoneçnının müsahibəsindəki ən diqqətçəkən məqam "Xəzər Lənkəran"ın ünvanına səsləndirdiyi ittihamlardır. Ukraynalı çalışdırıcının sözlərinə görə, ölkə kubokunun təkrar oynanılan yarımfinal oyununda Lənkəran təmsilçisi onun futbolçularını pulla ələ alıbmış.
"Xəzər Lənkəran" isə Nakoneçnının bu iddiaları ilə razılaşmır. Siapsort.az saytı xəbər verir ki, klubun mətbuat xidməti məsələyə münasibət bildirib: "Həmin oyunlarda "Xəzər Lənkəran" rəqibini bütün komponentlərdə üstələyib və haqq etdiyi qələbəni qazanıb. Onun Şiman məsələsində haqsızlığa uğradığını deməsi isə gülüncdür. Ortada qanunsuzluq faktı var idi və klubumuz bu qanunsuzluğu ortaya qoymaqla haqqını tələb edib. Təsəvvür edin, legioner limiti hər iki klub üçün eyni olsa da, rəqibin heyətində qeyri-qanuni yolla "milliləşdirilmiş" oyunçu çıxış edirdi. Biz vaxtında məsələnin həlli üçün lazımi addımlar atmasaydıq, oyunun ədalətli keçdiyini kim iddia edə bilərdi? Təkrar oyunlarda kimin güclü olduğu göründü. Klubumuz heç vaxt oyun alqı-satqısı, gülünc "milliləşdirmə" əməliyyatlarında iştirak etməyib və bundan sonra da etməyəcək. Günahı başqalarının üzərinə atmaqdansa, klubumuzun ünvanına əsassız ittihamlar səsləndirməkdənsə, yaxşı olar ki, Nakoneçnı Yevgeni Şimanı hansı yolla "milliləşdirmələrindən" danışsın".//korner.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB