Aleksandr Səmədov: Anam rusdur, mən moskvalıyam

"18 yaşım olanda Azərbaycan yığmasında oynamaq təklifi aldım. Mən həqiqətən də vətəndaşlığımı dəyişə bilərdinmi? Bəli, bilərdim. Atamla danışdım və hər şeyi ölçüb-biçdik. Onda mən qərar verdim ki, Rusiya yığmasında oynamaq istəyirəm. Atam məni dəstəklədi və dedi ki, gözlə, səni mütləq çağırıcaqlar".

Bu sözləri Rusiya millisinin əslən Azərbaycandan olan futbolçusu Aleksandr Səmədov öz ölkəsinin mətbuatına açıqlamasında deyib. A. Səmədov Rusiya millisini seçdiyinə görə peşman olmadığını bildirib. O, Azərbaycan qarşısında özünü günahkar saymadığını vurğulayıb:

"Mən nədə günahkaram? Atam Bakıda anadan olub, ancaq 40 ildən çoxdur Rusiyada yaşayır. Anam rusdur. Mən moskvalıyam, burda böyümüşəm, oynamağı öyrənmişəm və həmişə yığmaya düşməyi arzulamışam. Şükür ki, bu, məndə alındı". A.Səmədov Ramil Şeydayevin Azərbaycan millisini seçməsinə də münasibət bildirib: "Şeydayevin səs-küylü olayı haqda eşitdim. Düzdür, Ramillə heç vaxt yollarım kəsişməyib. Heç bilmirəm ki, o, necə oynayır. Ramil Azərbaycan millsində oynamağa qərar verib və bu, onun hüququdur".

Bütün xəbərlər Facebook səhifəmizdə