"Zenit"in baş məşqçisi Mirça Luçesku həmkarları Joze Mourinyo ilə Pep Qvardiolanı müqayisə edib. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, hər iki məşqçini yaxından tanıyan rumıniyalı mütəxəssis Qvardiolanın Mourinyodan daha çox eqoist olduğunu deyib:
"Kənardan baxanda Mourinyo daha özündənrazı görünə bilər. Ancaq bu, tam əksinədir. Qvardiola Mourinyodan da eqoistdir. Mourinyo ilə görüşüb danışmaqdan zövq alıram. Onunla futbola baxışımız fərqlidir. Mourinyonun komandaları hər zaman müdafiə futbolu ilə seçilir. Mən isə hücumu düşünürəm".
Luçesku onu da bildirib ki, Mourinyonun, yoxsa Qvardiolanın ən yaxşı məşqçi olmasını karyeralarını bitirdikdən sonra söyləmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB