PSJ-dən Neymar üçün rekord məbləğ 222 milyon avro

PSJ-dən Neymar üçün rekord məbləğ 222 milyon avro

Fransanın PSJ futbol klubu "Barselona"nın hücumçusu Neymarın izinə düşüb. "Goal" saytı xəbər verir ki, Paris təmsilçisi braziliyalı forvardın transferi üçün hazırda fantastik məbləğ - 222 milyon avro ödəməyə hazırdır. Məlumata görə, PSJ bu təklifdən geri çəkilmək niyyətində deyil. Müqavilədə göstərilən məbləğin isə 2018-ci ildə 250 milyona yüksəldilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Fransa çempionu hələ ötən futbol mövsümündən Neymara elçi düşsə də, "sambaçı" sövdələşmədən imtina etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə