Deniz Yılmaz zədəsini sağaldıb

Deniz Yılmaz zədəsini sağaldıb

FİFA-nın Azərbaycan millisində oynaması üçün razılıq verdiyi Deniz Yılmaz zədəsini sağaldıb. SİA-nın məlumatına görə, uzun müddət zədəli olan forvard "Bursaspor"un heyətində "Badırmaspor"a qarşı yoxlama matçında oynayıb. O, 3:3 hesabı ilə başa çatan qarşılaşmada meydana 46-cı dəqiqədə daxil olub.

Qeyd edək ki, Yılmaz zədəli olduğuna görə, Norveç və Çexiya ilə oyunlar üçün millimizə cəlb edilməmişdi. Növbəti oyunda isə Robert Prosineçkinin ona dəvət göndərəcəyi istisna deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə