Akademik avarçəkənlərimiz Böyük Moskva reqatasında

Akademik avarçəkənlərimiz Böyük Moskva reqatasında

Bu gün Rusiya paytaxtında akademik avarçəkmə üzrə Böyük Moskva reqatası start götürəcək. Siasport.az saytı xəbər verir ki, sayca 50-ci dəfə keçiriləcək yarışda Azərbaycan idmançıları da mübarizə aparacaqlar.

Ölkəmizi 2 qayıq tipində 4 avarçəkən təmsil edəcək. Onlardan Fuad Mirzəyev – Aleksandr Qlotov dueti 2 nəfərlik sükansız (M2-), Kamal Xanlarov – Qardaşxan Hüseynli dueti isə 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşə qatılacaq. İdmançılarımız məşqçi Samir Məmmədovun rəhbərliyi altında yarışacaqlar. Nümayəndə heyətimizin rəhbəri Azərbaycan Milli Avarçəkmə Federasiyasının texniki direktoru Leyla Əliyevadır. Moskvadakı "Krılatskoe" avarçəkmə kanalında təşkil olunacaq turnirə iyunun 5-də yekun vurulacaq.

Qeyd edək ki, akademik avarçəkmə üzrə yığma komandamız Böyük Moskva reqatasında ardıcıl 3-cü dəfə mübarizə aparacaq. Millimiz 2009-cu ildə 2 qızıl, 1 bürünc, 2010-cu ildə isə gümüş medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə