Milli komandamızın qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Boavista" klubunun yeni baş məşqçisinin adı açıqlanıb. SİA-nın məlumatına görə, komandanı bundan sonra Migel Leal çalışdıracaq. Yeni məşqçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Xorxe Kotu və və Alfredo Kastro məşqçilər korpusunda fəaliyyətlərini davam etdirəcəklər. 51 yaşlı Leal son olaraq "Moreyrenshe" klubunu çalışdırıb.
Xatırladaq ki, "Boavista" dünən Ervin Sançesin komandadan ayrılması xəbərini açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB